“İpək Yolu”nun Azərbaycanın logistika infrastrukturunun potensialının artırılması imkanları və mövcud problemlər - ARAŞDIRMA

24-03-2021 15:13
“İpək Yolu”nun Azərbaycanın logistika infrastrukturunun potensialının artırılması imkanları və mövcud problemlər - ARAŞDIRMA
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri ölkənin yerləşdiyi Şərq-Qərb marşrutu ilə digər alternativ marşrutların müqayisəsi, beynəlxalq təşkilatların logistika infrastrukturu ilə əlaqədar dərc etdiyi hesabatlar, rəsmi qurumların fəaliyyəti ilə əlaqədar illik hesabatlarının məlumatlarından istifadə edərək araşdırma sənədi hazırlayıb.

Bu araşdırmanın məqsədi Azərbaycanın logistika infrastrukturunun "İpək Yolu” layihəsində hazırlıq səviyyəsini öyrənmək və digər alternativ marşrutlarla  müqayisədə rəqabət qabiliyyətini  qiymət və vaxt (yüklərin ilk təyinat nöqtəsindən son təyinat nöqtəsinə qədər çatdırılmasına sərf olunan zaman) faktorları əsasında  müqayisə etmək, rəqabətcil xidmətlər təklif edə bilmək üçün  tövsiyə edilən addımların aşkarlanmasıdır. 

Araşdırma zamanı Dünya  Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq maliyyə qurumlarının bu sahədə araşdırmalarından geniş istifadə edilib. 

Tədiqatın ilk bölməsində "İpək Yolu” layihəsinin Azərbaycan üçün açdığı imkanlar barədə məlumat və araşdırmalar, müxtəlif hesablamalar təqdim edilib. 
 
Araşdırmanın digər bölmələri statistik məlumatlar, logistika şirkətlərinin təmsilçilərindən götürülən müsahibələr əsasında Azərbaycanın tranzit potensialından mövcud istifadə vəziyyəti, bu sahədə mövcud olan problemlər, Azərbaycanın logistik performansının aşağı düşməsinə səbəb olan amillərdən bəhs olunur.

Aparılmış tədqiqatın bu istiqaəmətdə üzə çıxardığı əsas nəticələr aşağıdakılardır:

• Azərbaycanın üzərində yerləşdiyi Şərq-Qərb dəhlizi digər alternativ dəhlizlərlə müqayisədə daha qısa olsa da, ciddi rəqabətlə üzləşib. 
• Logistikanın inkişafı ilə bağlı 2016-cı qəbul edilmiş Yol Xəritəsi tranzit ölkə kimi Azərbaycanın imkanlarının sürətlə artmasını hədəfləsə də, hazırkı dövrə nəticə qeyri-qənaətbəxşdir. 
• Hər 2 marşurut üzrə rəqabət üstünlüyünə təsir gösətərən texniki amillər də var.
• Şərq-Qərb dəhlizi Yeni Avrasiya marşurutuna nisbətən daha yüksək xərclə daşımaları təmin edir. 
• İpək Yolu dəhlizində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi ortalama ixracın 5.2 faiz artması deməkdir. 
• Şərq-Qərb dəhlizi üzərində yerləşən Qazaxstan, Gürcütsan və Türkiyənin Avropa Birliyi və Çin ilə ticarət və gömrük müqavilələrinin olmasına baxmayaraq Azərbaycanın qeyd edilən qurum və ölkələrlə hazırda qüvvədə olan müqavilələri mövcud deyildir. 
• Logistikanın inkişafı ilə bağlı 2016-cı qəbul edilmiş Yol Xəritəsi tranzit ölkə kimi Azərbaycanın imkanlarının sürətlə artmasını hədəfləsə də, hazırkı dövrə nəticə qeyri-qənaətbəxşdir. 
• Yeni dəniz limanının imkanlarından hələlik tam istifadə mümkün olmayıb. 
• Dünya Bankının Doing Business hesabatında xarici ticarət indikatoru üzrə Azərbaycanın mövqeyi son illər xeyli yaxışlaşsa da, hələ inkişaf etmiş ölkələrin müvafiq göstəricilərindən çox geridir. 

Tədqiqatın yekunu olaraq "İpək Yolu” layihəsində Azərbaycanın logistik potensialının gücləndirilməsi üçün təkliflər təqdim olunub.