Xarici ticarət subyektlərinin problemləri və onların aradan qaldırılması yollarına dair ARAŞDIRMA

01-04-2021 01:32
Xarici ticarət subyektlərinin problemləri və onların aradan qaldırılması yollarına dair ARAŞDIRMA
Azərbaycanda xarici ticarət əməliyyatlarında iştirak edən subyektlərin üzləşdiyi maneələri aydınlaşdırmaq məqsədilə Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu üzvləri  araşdırma sənədi hazırlayıb.

Bu sənəd Dünya Bankının hər il dünya ölkərilə müqayisə əsasında hazırladğı "Doing Business” hesabatında əks olunan beynəlxalq ticarət üzrə maneələri, eyni zamanda yerli sahibkarlarla müsahibələrdə ortaya çıxan problemlər əsasında hazırlanıb. 

Tədiqat Azərbaycanın xarici ticarətinin əmtəə və coğrafi strukturunun, son illər dinamikasında baş verən dəyişikliklərin analizi ilə başlayır. "Doing Business” hesabatının "Beynəlxalq ticarət” indikatoru əsasında ölkələr üzrə aparılan qiymətləndrimənin metodologiyası əsasında ətraflı məlumalar təqdim edilməsi ilə davam edir.

Tədqiqatda həmçinin idxal və ixrac prosedurlarında – həm sərhəd keçidi, həm də sənədləşdirmə prosesində Azərbaycanın mövqeyi bu sahədə ən yaxşı təcrübə (Danimarka), eyni zamanda region ölkələri (Türkiyə və Gürcüstan) ilə müqayisə edilir, bu sahədə problemlərə toxunulur, həmçinin bu bölmədə yerli sahibkarlardan alınmış rəylər əsasında gömrük rəsmiləşdirməsi zamanı izafi zaman və xər itikisinə səbəb olan amillər barədə analizlər təqdim olunur.

Yekun olaraq xarici ticarət subyektləri üçün ortaya çıxardığı əsas maneələr, onların aradan qaldırılması üçün mümkün mexanizmlər qeyd olunub və bəzi tövsiyələr verilib.  

Belə ki:

• Dünya Bankının apardığı araşdırmaların nəticəsinə görə, Azərbaycanda xarici ticarət iştirakçılarının sərhəddən keçid zamanı xərcləri region ölkələrilə müqayisədə az qala 2 dəfə yüksəkdir;
• İxrac sənədləşməsi üçün sərf olunan zaman  və xərclərə görə Türkiyə və Gürcüstanla müqayisədə daha əlverişsiz durumdadır. Belə ki, ixrac sənədləşməsi üçün sərf olunan zaman Gürcüstanla müqayisədə 16 dəfə, Türkiyəyə nisbətən 8 dəfə, ixrac sənədləşməsinə çəkilən xərc Türkiyədən təxminən 5 dəfə çoxdur; 
• İdxala sərhəddən keçid zamanı sərf olunan zaman Gürcüstana nisbətən aşağı olsa da, Türkiyə ilə müqayisədə 7 dəfə çoxdur;
• İdxal sənədləşməsi üçün sərf olunan zaman həm Gürcüstan, həm də Türkiyə ilə müqayisədə 16 dəfə çoxdur;
• İdxal sənəsləşməsi üçün çəkilən xərclər Gürcüstana nisbətən təxminən 10%, həm də Türkiyə ilə müqayisədə 4 dəfəyə yaxın yüksəkdir; 
• Tədqiqata cəlb olunan ölkələrlə müqayisədə Azərbaycanda ixrac və idxal üçün lazım olan sənədlərin sayı daha çoxdur. Məsələn, idxal zamanı Azərbaycanda 7, Gürcüstanda 4, Türkiyədə 5 sənəd, ixrac əməliyyatları Azərbaycanda 6, Gürcüstanda 4, Türkiyədə isə 6 sənəd tələb edilir; 
• Xarici ticarət subyektlərinin sərhəd-gömrük sənədləşməsini daha sürətlə həyata keçirməsi üçün "Yaşıl dəhliz”  buraxılış sistemi yaradılsa da, hələlik bütün subyektlərin 2%-dən də az hissəsi bu imkandan yararlana bilir;
• Məcburi sertifikatlaşdırma tələb olunan malların siyahısının azaldılmasının vacibliyi prezident sərəncamında da etiraf olunmasına baxmayaraq, bu sahədə islahat tədbirlərinin həyata keçirilməsi qeyri-müəyyən səbəblərdən ləngiyir;
• İdxal zamanı sertifikatların alınması üçün tələb olunan xərc və zaman kifayət qədər yüksəkdir.

Qeyd olunan problemləri nəzərə aldıqda Azərbaycanda xarici ticarət subyektlərinin üzləşdiyi manelərin aradan qaldırılması üçün aşağıdakı addımların atılması vacib hesab edilir:

• Dünya Bankının "Doing Business” hesabatında "beynəlxalq ticarət” indikatoru üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması üçün "Yol Xəritəsi” hazırlanmasına ehtiyac var. 
• Nufuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən gigiyenik sertifikatları milli gömrük sistemi tərəfindən tanınmalıdır. 
• "Yaşıl dəhliz” buraxılış sistemindən istifadə stimullaşdırılmalıdır.