Gənc Layihə Menecerləri


Əziz gənclər!

Demokratik Təşəbbüslər İnstitutu (IDI) layihə yazılması və idarə edilməsinə marağı olan gəncləri təlimlərə dəvət edir. Proqramın adı "Gənc Layihə Menecerləridir". 

Proqramın hədəfi vətəndaş cəmiyyət üçün peşəkar layihə menecerləri yetişdirməkdir.

Təlimlər zamanı iştirakçılar:
- İnsan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı ümumi biliklərlə tanış olacaqlar;

- Layihələrin yazılması və idarə edilməsi ilə bağlı bacarıqları öyrənəcəklər;

- Əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı əldə edəcəklər.

Ümumilikdə təlim proqramı 2 mərhələlidir və 12 təlimin keçirilməsi nəzərdə tutulur.


Seçim kriteriyalar:
- Sosial yönümlü olmaq; 

- Aktivizmə maraq;  

- Yaş 18-30.

Təlimin bütün sessiyalarında iştirak, habelə təlim sonrası verilən tapşırıqların yerinə yetirilməsi zəruridir. 
Seçimlər müraciət formasına verilən cavablar və müsahibələr əsasında aparılacaq.

 
Son müraciət tarixi:  19 fevral, 2023