1 saylı İnzibati-İqtisad məhkəmsində Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Ədliyyə Nazirliyinə qarşı iddiasına  baxılmışdır.

1 saylı İnzibati-İqtisad məhkəmsində Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Ədliyyə Nazirliyinə qarşı iddiasına  baxılmışdır. İddiaya hazırlıq iclasına hakim Tahirə Əsədova sədrlik etmişdir. Tərəflərin mövqeyi dinlənildikdən sonra, iddia məhkəmə baxışı üçün qəbul olunmuşdur. Məhkəmə araşdırmasının iclası 15 may 2014-cü il saat 15:15 tarixinə təyin olunmuşdur.

Qeyd edək ki, IDI-nin məhkəmədə iddia qaldırmasına səbəb 3-cü dəfə müarciət etməsinə  baxmayaraq Nazirliyin növbəti dəfə  əsassız olaraq, siyasi səbəblərdən dolayı təşkilatı qeydiyyata almaqdan imtina etməsi olmuşdur.

Xatırladaq ki, Demokratik Təşəbbüslər İnstitutu bir qrup hüquqşunas və ictimai-siyasi xadimlər tərəfindən 05 noyabr 2013-cü il tarixdə təsis olunmuşdur. Təşkilatın sədri MSK üzvü Akif Qurbanov seçilmişdir.