Məhkəmə IDI-nin iddiasını təmin etmədi.

Demokratik Təşəbbüslər İnstitutu bir qrup hüquqşünas və ictimai-siyasi xadim tərəfindən 5 noyabr 2013-cü ildə təsis edilib. Təşkilatın sədri Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov seçilib. IDI-nin məhkəmədə iddia qaldırmasına səbəb 3-cü dəfə müraciət etməsinə baxmayaraq, Ədliyyə Nazirliyinin təşkilatı qeydiyyata almaqdan imtina etməsi olub. 

Akif Qurbanov bildirib ki, məhkəmə iddianı hansı səbəbdən təmin etməməsi ilə bağlı hər-hansı bir əsaslandırma ifadə etməyib. “Məhkəmənin Ədliyyə Nazirliyinin qanunsuz mövqeyinə haqq qazandırması IDI-nin qeydə alınmamasının siyasi səbəblərlə bağlı olduğunu bir daha sübut edir. Nazirlik və məhkəmə ölkə konstitusiyasını və beynəlxalq konvensiyaları pozaraq, siyasi sifariş əsasında qərar verib”.

A.Qurbanov deyib ki, siyasi diskriminasiya və hüquq pozuntusuna qarşı fəaliyyətini  davam etdirəcək və yaxın günlərdə yuxarı instansiya məhkəməsinə şikayət verəcək.