GƏNC HÜQUQŞÜNASLAR 2023 - İŞTİRAK ÜÇÜN ÇAĞIRIŞ

 

Əziz Gənclər!

Demokratik Təşəbbüslər İnstitutu (IDI) yaxın günlərdə ödənişsiz əsaslarla gənc hüquqşünasların yetişdirilməsini hədəfləyən təlim kurslarının təşkilini nəzərdə tutur.

12 təlim sessiyasından ibarət I hissədə gənc hüquqşünasların yetişdirilməsi üçün Cinayət, Mülki, İnzibati və s. hüquq mövzularında təlimlər tədris ediləcək. 

 

Təlim proqramını müvəffəqiyyətlə bitirmiş iştirakçılara öyrəndiklərini II hissədə praktik tətbiq etmək imkanı yaradılacaqdır. 

 

Təlimlər insan hüquqları sahəsində Azərbaycanda fəaliyyətdə olan ən təcrübəli və peşəkar təlimçilərin iştirakı ilə aparılacaq. 

 

Seçim kriteriyalar:


- Hüquq təhsili; 

- Liderlik qabiliyyəti və komanda ilə işləmək bacarığı; 
- Vətəndaş cəmiyyətinə töhfə verməyə maraq; 

- Yaş 20-30.


Təlimin bütün sessiyalarında iştirak etmək və verilən tapşırıqların yerinə yetirilməsi zəruridir. Seçimlər müraciət formasına verilən cavablar və müsahibələr əsasında aparılacaq.

 

Seçim zamanı Demokratik Təşəbbüslər İnstitutunun əvvəlki təlim proqramlarının məzunu olan, xarici dil və IT bacarıqları olan, vətəndaş cəmiyyəti sahəsində müəyyən təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

 
Son müraciət tarixi:  24 iyun, 2023