VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUMLARINA MÜNASİBƏT VƏ ETİMAD:

Bu anket sorğusu müxtəlif yaş qruplarını əhatələməklə Azərbaycan ictimaiyyətinin vətəndaş cəmiyyəti qurumlarına münasibət xüsusiyyətləri (“pattern”) və etimad dərəcəsini ölçmək üçün hazırlanmışdır. Vətəndaş cəmiyyəti qurumları dedikdə, vətəndaşlar tərəfindən təşkil və idarə olunan, məqsədi kommersial olmayan və siyasi mövqe tutmayan birliklər nəzərdə tutulur.

Sorğunun nəticələri müstəqil tədqiqatçılar tərəfindən analiz olunacaq, tədqiqat işinin ərsəyə gəlməsində istifadə olunacaqdır. Sorğu anonimdir və daxil etdiyiniz şəxsi məlumatlarınız yalnızca ümumi statistik təsvir verilməsi üçün istifadə oluna bilər. Şəxsi kimliyiniz heç bir halda üçüncü tərəflərə açıqlanmayacaqdır.

Vaxt ayıraraq, rəy bölməsindəki sorğuda iştirak etdiyiniz üçün minnətdarlığımızı bildiririk!