Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı, "Toplum TV işi" üzrə həbs olunmuş siyasi məhbus Ramil Babayev Bakı İstintaq Təcridxanasındakı vəziyyətlə bağlı yazır:
"Cavid Güləliyevin sonuncu işgəncə hadisəsindən sonraki əməlləri ilə bağlı öyrəndiklərimə əsasən, Güləliyevin həmin şəxsə (əvvəlki məktubda qeyd edilən məhbus) verdiyi əzab, döymə, təhqir etmə və özünü öldürmə həddində çatdırma ilə məhdudlaşmayıb. Etibar etdiyim bir şəxsin mənə verdiyi məlumata əsasən, Güləliyev həmin şəxsi amansızcasını döydükdən sonra ləyaqətini alçaldan bir şəraitdə saxlayıb. Qanunun tələbinə görə həmin şəxs sadəcə cərimə kamerasına salınmalı və qapı bağlanmalıdır. Güləliyev isə həmin şəxsi birbaşa qapıya qandallayıb, üstəlik də yerdən. Yəni həmin şəxs betonun üzərində hərəkətsiz vəziyyətdə uzanmağa məcbur edilib. Mənə hadisəni danışan şəxs qeyd etdi ki, bu mənzərəni görəndə gördüyünə inana bilməyib. Onun hadisə ilə bağlı şərhi belə idi: “Caviddə nə vicdan var, nə də Allah qorxusu”. Halbuki ibadətlə məşğul olan Güləliyev ritorikasında “Allah qorxusu” və “yetimi incitməmək” ifadələri ən işlək ifadələr sırasındadır. Bu hadisə də daxil olmaqla qeyd etdiklərim 7 saylı korpusda baş verdiyi üçün bunu araşdırmaq iradəsi olan qurum həmin korpusun təhlükəsizlik kamerası görüntülərində hər detalı sənədləşdirə bilər.
Yeri gəlmişkən, bir neçə gün əvvəl təcridxana rəhbərliyində təmsil olunan bir yüksək rütbəli şəxslə Güləliyev məsələsini müzakirə edərkən o mənə dedi ki, “Bizim təhlükəsizlik kameralarımız ağıllı kameralardır. Görəndə ki, kimisə döyürük, çəkilişi dayandırırlar”. Bu söhbətdə Fərid İsmayılov da şahidlik edib.
Təcridxana rəhbərliyində təmsil olunan digər bir yüksək rütbəli şəxs isə, acılığın ilk günlərində mənə acılığı dayandırmağım üçün bildirdi ki, Güləliyev artıq cəzasını çəkib və dərin peşmançılıq yaşayır (ifadəni yumuşaltdım). Onun iddiasına əsasən mənim bu mövzudakı məqaləm dərc olunduqdan sonra Güləliyevə o qədər çox yerdən zəng edib danlayıblar ki, təzyiqi qalxıb və burnundan qan açılıb. Mənim cavabım bu oldu ki, “Yəqin Güləliyev həmin şəxsi hamının gördüyü yerdə döyüdüyü üçün peşmandır. Kaş aparıb gizli bir yerdə döyərdim fikrindədir”.
Aldığım digər məlumat və özümün də dolayı şahidliyinə əsasən, Güləliyev həmin zərərçəkmişin öz həyatına qəsd etmək niyyətini dəfəllərlə təkrarladığını gördükdən sonra, növbəti gün bütün korpuslardakı imkanlı şəxslərdən siqaret və digər ehtiyac mallarını toplayaraq həmin şəxsə sovqat kimi göndərib. Onun mövqeyini yumuşaltmağa çalışıb. Cavid Güləliyevin özü bu hadisədən sonra heç olmasa acılıq etdiyi müddətdə kənara çəkilmək əvəzinə mənim acılığı dayandırmağım üçün gediş etdi. Güləliyev işgəncə hadisəsinin baş verdiyi gündə mənimlə insan dəyərləri çərçivəsində mədəni rəftar etmiş bir pentensiar xidmət əməkdaşını hamının gözü qarşısında qışqıraraq təhqir edib. Bunun ardınca o həmin əməkdaşı iş saatları bitdikdən sonra da evə buraxmayıb və mənim olduğum kameraya göndərib. Həmin əməkdaşa bildirib ki, o acılığı dayandırmayana qədər evinə getməyəcəksə. Əgər dayandırmasa, sabah ərzəni yaz, işdən çıx.
Mən bu hadisədən sonra təcridxananın rəisi vəzifəsini müvəqqəti icra etmiş Ceyhun Hacıyevə ərizə yazdım və ərizəmdə bildirdim ki, Cavid Güləliyevin öz cinayət əməllərinin məsuliyyətini başqa şəxslərinin üzərinə yıxmaq cəhdlərini dayandırmasanız aşağıdakı acılıqla adımlar atacağam:
1. Acılıqla bağlı tələblərimə, işçilərin pozulan hüquqlarının bərpası tələbini əlavə etmək.
2. Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi başda olmaqla aidiyyatı qurumlara rəsmi şikayətlər ünvanlamaq.
3. Bakı İstintaq Təcridxanasında mobbing mövzusunda əhatəli məqalə ilə mediada çıxış etmək.
Dördüncü bənddə isə qeyd etdim ki, əgər ilk üç üsulda nəticə ala bilməsəm, Güləliyevin bu qanunsuzluğa məndən qisa salmaq məqsədi ilə getdiyini nəzərə alaraq, həmin əməkdaşın zərər görməməsi üçün özümə xəsarətlər yetirmək etik öhdəliyini icra etməli olacağım. Həmin ərizəmdən sonra bu istiqamətdə olan təzyiqlər dayandı.
“Dövlət Baba” ifadəsinin mənşəyini açıqlamaq və Güləliyevin təfəkkürünü daha da aydın şəkildə ortaya qoymaq üçün 11 il əvvələ qayıdaq. Elnur İsmayılovun istirahət günündə olduğu və təcridxanada müavin kimi Cavid Güləliyevin cavabdeh qaldığı 13.07.2025 tarixində mənim sağlamlıq vəziyyətim çox pisləşmişdi. Boğazımdakı şişlərdən sözün həqiqi mənasında danışa bilmirdim, nitqim tulumuşdu, temperaturum çox yüksək idi və titrəyirdim. Mən bu vəziyyətdə kameraya girmək istəmədim və Cavid Güləliyevə yazılı müraciət edərək müvəqqəti olaraq təcridxananın tip məntəqəsinə keçirilməyimi istədim. Güləliyev müraciətimi gətirib üzərimə tulladı (əlbəttə, telefonda şəklini çəkdikdən sonra). Mənə, “mən dövlət babayam, mənim sözüm qanundur” dedi və özü ilə gətirdiyi problemlər şöbəsi əməkdaşlarına (Güləliyevin şilləvuran serjantları) göstəriş verdi ki, məni əllərimdən və ayaqlarımdan tutaraq zorla kameraya salsınlar.
Mən çıxmayan səsimlə son gücümü toplayıb ona dedim ki, sizin siyasi məhbusları öldürmək səyinizi ictimailəşdirəcəyəm. Növbəti gün Elnur İsmayılov hadisə ilə bağlı mənim və Güləliyevin yazılı izahatlarını götürdü və mənim şahidliyimlə Güləliyevin bu davranışına ciddi tənqid edib ona xəbərdarlıq etdi. Daha sonra onun istəyi bu oldu ki, məsələ bu dəfəlik aramızda həll etdik, iştimailəşməsin. Buradan Elinur İsmayılovun hüquqa ciddi riayət edən obrazı kimi bir nəticə çıxarmamalıdır. Güləliyevin Elnur İsmayılovun iradəsindən kənar bu dərəcə sərbəst hərəkət etdiyinə imanmaq mümkün deyil. Qeyd etdiyim yazılı izahatımdan bir hissəni sitat gətirəcəm:
“.. Bundan əlavə, Cavid Güləliyevin təqsirləndirilən şəxslərə qarşı fiziki zorakılıq tətbiq etməklə canfəşanlıq etdiyi, zorakılıqdan həzz alan sadist təbiətli bir insan olduğu təcridxanadakı bütün təqsirləndirilən şəxslər üçün aydın olan bir faktordur. Hətta onun bir çox zorakılıq aktlarının xüsusi şouya çevirməsi bu şəxsdə ciddi psixiatrik pozuntuların mövcud olması şübhəsi yaradır. Rasional təfəkkürdən uzaq, absurd fərziyyələr irəli sürən bu psevdo-intellektual şəxs barəsində müvafiq addımlar atmağınızı ərz edirəm. İdarəetmənin güc tətbiqindən əvvəl başa düşüb həll axtarmağa çalışmaq aspektinin gəldiyini dərk etməyən Cavid Güləliyevin qanuna cidd davranışlarının nümayişikəranə şəkildə davam edəcəyi təqdirdə onun barəsində Cinayət Məcəlləsinin 113 işgəncə və digər maddələr üzrə məhkəmə qaydasında şikayət verəcəyimi diqqətinizə çatdırmaq istəyirəm”.
Yanlış anlaşılmaması üçün bildirim ki, mənim Güləliyevə şəxsi ədavətim yoxdur. Yuxarıdakı hadisəni qeyd etməyi onun üçün zəruri saydım ki, media çıxışı olan siyasi məhbsuslara belə bu cür qəddar rəftardan çəkinməyən, gücdən zəhərləmiş Güləliyevin heç kimi olmayan təqsirləndirilən şəxslərə nələr edə bildiyi ilə bağlı heç bir şübhə yeri qalmasın.
Onun müdafiəsiz şəxslərə münasibətinin bir nümunəsi kimi əcnəbilərlə rəftarını misal çəkmək olar. 8 nəfər üçün nəzərdə tutulan kamerada 16 nəfər saxlanıldıqları üçün narazılıq etmiş və əksəriyyəti Pakistan vətəndaşlarından ibarət olan bir kameraya Güləliyev rezin dəyənəklə girərək narazı olanlara görə kameradakı o cüssəsiz insanların hamısını döyüb, bədənlərini göyərdərək çıxmışdı. Bu hadisələr baş verərkən general Mirsaleh Seyidovun idarəsi nə ilə məşğul idi? Cavid Güləliyevin yeni yüksək rütbə ilə təltif etmək ilə məşğul idi.
Cənab generalın idarəsi Tofiq Yaqublu ilə Rüfət Səfərov 30 saniyə sağlamlıq mövzusuna söhbət etdiyi üçün gəlib təhlükəsizlik kameralarını araşdırmaqla və nəticədə yenicə işə başlamış gənc bir nəzarətçiyə yazılı töhmət verməklə məşğul idi. Nəzarətçinin qəbahəti yəqin ki, əlləri ilə Rüfət bəyin və Tofiq bəyin ağızlarını bağlamamaq olub. Bu hadisələr baş verərkən cənab general “Mirsaleh gələndən qazamat düzəlib” dezinformasiyasını penitensiar müəssisələrdə yaydırmaqla məşğul idi.
Bu yazdıqlarımın üzərinə Güləliyevin Meydan TV əməkdaşlarına qarşı rəftarını və Abzas Media əməkdaşlarının onun barəsində məqalələrində əlavə edin. “Dövlət baba” budur. Bütün çılpaqlığı ilə.
Sual ortaya çıxır ki, belə xüsusiyyətlərə malik bir zabit kimə və nəyə lazımdır?!
