Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının, ədalətli və şəffaf seçkilərin keçirilməsinin dəstəklənməsi üçün bir qrup ictimai fəal tərəfindən 5 noyabr 2013-cü ildə yaradılmışdır. Hazırda təşkilatın rəsmi qeydiyyatı yoxdur.  Təşkilatın qeydiyyata alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunmasına baxmayaraq, təşkilat qanunsuz olaraq qeydiyyata alınmamışdır. Yerli məhkəmədə məsələ mübahisələndirilmiş və bütün məhkəmələr Ədliyyə Nazirliyinin imtina qərarını qüvvədə saxlamışdır.  6 aprel, 2016-cı ildə IDI öz hüquqlarının təminatına nail olmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmişdir. Nəticədə 20 may 2021-ci ildə AIHM IDI-nın qeydiyyata alınmamasının Birləşmə Azadlığının pozuntusu olaraq təsbit etmişdir. ( Abdullayev and others v. Azerbaijan,  (Applications nos. 69466/14 and 12 others))