Müqayisəli Təhlil əsasında Azərbaycanda Sosial İşin Tədrisinə dair Rəy Yazısı

Demokratik Təşəbbüslər İnstitutunun “Gənc Sosial Tədqiqatçılar Məktəbi”nin məzunları “Müqayisəli Təhlil əsasında Azərbaycanda Sosial İşin Tədrisinə dair” Rəy yazısı hazırlayıblar. Təhlil göstərib ki, Azərbaycanda universitetlərdə bakalavr üzrə sosial iş, əsasən, nəzəri olaraq keçilir.

Rəy yazısı Azərbaycanda sosial işin tədrisini inkişaf etdirmək üçün aşağıdakı tövsiyələri irəli sürüb:

  • Keyfiyyətli təcrübi təhsilin miqyasını genişləndirmək
  • İnteraktiv öyrənməni təşviq etmək
  • Təhsil metodologiyasının inkişafı üçün ardıcıl tədqiqat və konfransların keçirilməsi