Azərbaycanda Vətəndaş Cəmiyyəti Qurumlarının Fəaliyyətinə Məhdudiyyətlərlə bağlı Rəy Yazısı

Demokratik Təşəbbüslər İnstitutunun “Gənc Sosial Tədqiqatçılar Məktəbinin” məzunları “Azərbaycanda Vətəndaş Cəmiyyəti Qurumlarının Fəaliyyətinə Məhdudiyyətlərlə bağlı” rəy yazısı hazırlayıblar.

Rəy yazısının məqsədi Azərbaycanda qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan struktural və nisbi çətinliklərin təsvirini təqdim etməkdir.

Araşdırma göstərir ki, göstərilən problemlərin bir-biri ilə əlaqədar olması qanunla tətbiq edilən siyasi motivli tənzimləyici məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyət arealını daraltması ilə izah oluna bilər. Yaxud qeyd etmək olar ki, bu xüsusda dövlətin müstəsna səlahiyyətlərə sahib olması vətəndaş cəmiyyətinin idarə edilməsi üçün zəmin yaradır və onun fəaliyyət arealını nəzarət altına alır. Təsvir olunmuş məhdudiyyətlərin aradan qaldırılması və Azərbaycan vətəndaş cəmiyyətinin potensialının realizəsi üçün aşağıdakı istiqamətlərdə uyğun addımların atılmasını zəruri sayırıq

  • Leqal məhdudlaşmaların aradan qaldırılması
  • Əks-mərkəzləşmə və yaxşı idarəetmənin təşviqi